...

Azərbaycanın Əmək Nazirliyi informasiya sisteminin yaradılması üçün tender elan edib

Telekommunikasiya Materials 20 Oktyabr 2006 14:09 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya bankının "Təqaüd və sosial təminatın dəyişdirilməsi" (PSAP) layihəsi üzrə informasiya sisteminin idarəsinin (Management Information System MIS) həyata keçirilməsi çərçivəsində informasiya texnologiyaları üzrə ekspert qrupunun yaradılması üçün tender elan edib.

Trend xəbər verir ki, tenderdə iştirak etmək üçün aşağıdakı vəzifələr üzrə məsləhətçilər dəvət olunur: qrup rəhbəri, server proqram təminatının hazırlanması üzrə mütəxəssis, texniki xidmət üzrə mütəxəssis, İT mütəxəssisi və proqram təminatının hazırlanması üzrə mütəxəssis.

İştirak etmək istəyənlər öz təkliflərini oktyabrın 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti