...

Azərcell yeni rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 21 Oktyabr 2006 13:17 (UTC +04:00)

Azərcell Telecom Birgə müəssisəsi rouminq şəbəkəsinin genişləndirilməsi üzrə növbəti addım atıb və GPRS və MMS-rouminq sahəsində yeni beynəlxalq saziş imzalayıb. Trend şirkətə istinadən xəbər verir ki, saziş Polşanın Centertel operatoru ilə imzalanıb.

Bu günə qədər Azərcell GPRS və MMS-rouminq sahəsində dünyanın 30 ölkəsinin 60 operatoru ilə müqavilə bağlayıb.

Azərcell Birgə müəssisəsi 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri Türkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi olub. Şirkət fəaliyyətə 15 dekabr 1996-cı ildə başlayıb və öz abunəçilərinə sonradan ödəniş əsasında mobil rabitə xidməti təklif edir. 1998-ci ildə qabaqcadan ödəniş sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından isə GəncSim gənc tarif planı tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti