...

Naxçıvan MR Rabitə Nazirliyi "İntellekt-2006" mükafatı alıb

Telekommunikasiya Materials 10 Yanvar 2007 15:28 (UTC +04:00)

Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları nazirliyi "İntellekt-2006" mükafatı alıb. Bu mükafat 2004-cü ildə "IT Magazine" jurnalı ilə birgə Azərbaycan Layihələri İdarə Assosiasiyası (AzPMA) tərəfindən təsis edilib. Nazirliyə istinadən Trend bildirir ki, MR ərazisində 2006-cı ilin mart ayında tətbiqinə başlanmış CDMA naqilsiz rabitənin təşkilinə görə nazirlik bu mükafata layiq görülüb. Mərasimdə mükafat NMR rabitə nazirinin müavini Əli Mikayılova təqdim edilib.

"İntellekt" mükafatı milli iqtisadiyyatın müxtəlif istiqamətlərində uğurlu layihələrin realizəsinə görə təqdim edilir. Mükafat laureatların fəaliyyətinin tanınmasına , ictimayyət və iş adlamları arasında nüfuzunun yüksəlməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti