...

Azərbaycanın mobil operatoru Azərcell 2006-cı ildə təxminən 330 baza radiostansiyasını təmir edib

Telekommunikasiya Materials 10 Yanvar 2007 16:58 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azərcell Telecom BM 2006-cı ilin dekabr ayında Bakıda və respublika bölgələrində əlavə olaraq 30 yeni baza radiostansiyasını təmir edib. Bu barədə Trend şirkətin çərşənbə günü yaydığı məlumatına istinadən xəbər verir.

23 stansiya - Bakıda, 7-si - Abşeron, Sumqayıt, Xanlar, Ağstafa, Qəbələ, Şəmkir və Əli-Bayramlı rayonlarının ərazisində yerləşir.

Sayı daim artan abunəçilərini bütün ölkə üzrə yüksək keyfiyyətli əlaqə ilə təmin etmək üçün Azərcell daima öz stansiyalarının sayını artırır.

2006-cı ildə Azərbaycanın müxtəlif bölgələrində şirkət 328 stansiya təmir edib. Bütövlükdə indiyədək Azərcell 2 ehtiyat abunəçi bazası, 13 baza stansiyasına nəzarət sistemi, 16 mobil rabitə kommutasiyası mərkəzi və 1078-dən çox baza radiostansiyası quraşdırıb.

Azercell Telecom Birgə müəssisəsi 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı tətbiq edilib.

2006-cı ildən etibarən BM-in baş direktoru A.Halim Atəşdir.

Xəbər lenti

Xəbər lenti