...

Rabitə Nazirliyi xaricdə təhsil üçün müsabiqə elan edib

Telekommunikasiya Materials 16 Mart 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Rabitə Nazirliyi Höteburq (İsveç Krallığı) İnformasiya Texnologiyaları Universitetində "Kompyuter elmləri" ixtisası üzrə magistr pilləsində təhsil almaq istəyən gənclər arasında müsabiqə keçirir. Bu barədə məlumatı Rabitə Nazirliyindən veriblər. Universitetdə təhsil almaq üçün cəmisi 8 yer ayrılıb.

Namizədlər üçün əsas tələblər:

- Azərbaycan vətəndaşlığı,

- ingilis dilini mükəmməl bilmə (TOEFL, yaxud IELTS sertifikatları).

Müsabiqədə bakalavr pilləsini bitirmiş və magistr pilləsində təhsil alan tələbə və abituriyentlər iştirak edə bilər.

Sənədlər aprel ayının 10-dan gec olmayaraq Rabitə Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə təqdim olunmalıdır.

Bu, nazirlik tərəfindən tələbələrin informasiya texnologiyaaları sahəsində xaricdə təhsil alması üçün təşkil olunan ikinci müsabiqədir. Daha öncə təşkil olunmuş ötən ilki müsabiqənin yekunu olaraq təhsil üçün Corc Meyson (ABŞ) Universitetində 3, Malayziya Texnologiya Universitetində 2, Odessa Rabitə Akademiayasında isə 5 yer ayrılmışdı.

Xəbər lenti

Xəbər lenti