...

Azərsat peyki bir neçə ildən sonra buraxıla bilər

Telekommunikasiya Materials 5 Aprel 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Babayeva/ Azərbaycanın milli rabitə peyki Azərsat-ın buraxılışı üzərində işlərə yalnız 2009-2010-cu illərdə başlamaq olar. Bu barədə məlumatı cümə axşamı Azərbaycan rabitə və informasiya naziri Əli Abbasov verib.

Onun sözlərinə görə, bu gün xarici mütəxəssislərlə bərabər layihənin iqtisadi və texniki tələblərinin hesabatı hazırlanır.

Beynəlxalq Elektron Rabitəsi Birliyi (ITU - International Telecommunication Union) artıq Azərsat milli rabitə peykinin beynəlxalq təşkilatlar arasında buraxılışı barədə təklif yayıb. Layihənin dəyəri 80-100 mln. dollar qiymətləndirilir, maliyyə mənbələri hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti