Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Sankt-Peterburq-2007" ümumdünya filatelist sərgisi, "Poçt üçlüyü-2007" beynəlxalq strateji forumu və "Poçtun gələcək inkişafı" rabitə sahəsində regional əməkdaşlıq konfransının birgə proqramı açıqlanıb. Onlar iyunun 19-21-də Sankt-Peterburqda keçiriləcək.
Proqramda qeyd olunduğu kimi, iyunun 19-da ümumdünya filatelist sərgisinin və "Poçt üçlüyü-2007" beynəlxalq strateji forumunun açılışı olacaq. Burada Lyudmila Putina, Rusiya prezidentinin Şimal-qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsi İlya Klebanov, Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko, Rusiya informasiya texnologiyaları və rabitə naziri, RRB Rabitə Administrasiyaları şurasının sədri Lenid Reyman, Ümumdünya Poçt İttifaqının beynəlxalq bürosunun baş direktoru Eduard Dayan (Edouard Dayan) və Beynəlxalq Filateliya federasiyasının prezidenti Djos Volffun (Jos Wolff) iştirak edəcəyi gözlənilir.
Forumun işi 7 sessiyadan ibarət olacaq:
- Gələcək evolyusiya kimi. Strateji seçim, yaxud sektorun təbii inkişafı;
- Poçt operatorunun rəqabətə dözümlülüyünün təminatında müasir texnologiyalar;
- Gələcək transformasiya kimi. Dəyşikliklər prosesini təsəvvür etmək və anlamaq;
- Gələcək inqilab kimi. Poçt üçün ənənəvi idarətemə prinsipləri və biznes modellərində tərəqqi;
- Poçt operatoru etibarlı biznes - tərəfdaşı kimi;
- RRB konfransı "Poçt inkişafının gələcəyi";
- Forumun yekunları.
Adı çəkilən sessiyalarda "Poçta Rossii" FPBİ-nin baş direktoru, Strateji Planlaşdırma Qrupunun sədri İ.Sırov, Latviya poçtunun baş direktoru, idarə heyətinin sədri Gints Şkodovs, Macarıstan poçtunun vitse-prezidenti Laslo Szivi, ABŞ poçt ticarəti Assosiasiyasının prezidenti Cin Del Polito, Əlcəzair poçt və telekommunikasiya baş idarəsinin direktoru Məhəmməd Tufik Bessai, Fransanın Lya Post-nun beynəlxalq və nizamlanma məsələləri üzrə direktoru Jan-Pol Forsvill və digər ölkələrin poçt administrasiyalarının rəhbərləri çıxış edəcək. Tədbirlərdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.
Azərbaycan tərəfinin təqdimatı iyunun 21-də RRB-nin "Poçtun gələcək inkişafı" konfransı zamanı keçiriləcək. "Elektron aspekti. Yeni texnologiyalar - müasir xidmətlərin inkişafı üçün vasitə" məruzəsi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov çıxış edəcək. Təqdimat özündə pul vəsaitlərinin elektron göndərilməsi və Dünya Bankı ilə birgə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində həyata keçirilən kompüterləşmə haqda məlumatı əks etdirir.
Tədbirlərin təşkilatçıları rolunda Rusiya poçt administrasiyası və Beynəlxalq Filateliya federasiyasının himayəsi altında Rusiya filatelistlər İttifaqı çıxış edir.