...

Azərbaycanın Kapital Bankında on-line rejimdə Flexcube proqram təminatı tətbiq olunur

Telekommunikasiya Materials 31 İyul 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Dünya Bankının tələblərinə uyğun olaraq Kapital Bank əməliyyat sistemində müasir bank tələbatının təmin olunması məqsədilə açıq tender elan edib ki, nəticədə "i-Flex solutions Ltd" hind şirkəti qalib gəlib.

Bank bildirir ki, ötən il yanvarın 27-də tərəflər "Flexcube" bank əməliyyat sisteminin tətbiqi üzrə razılaşma imzalayıblar. 2006-cı ilin may ayında bankın mütəxəssisləri Hindistanda treninq keçiblər.

Hər bir mərhələ - quraşdırma, treninq, GAP təhlil, parametrləşdirmə, UAT, miqrasiya, Live uğutrla və qısa müddətdə keçib. CORE and Retail Banking: - CORE (ICCF, CASA)- Loans & Deposits - Enhanced MIS- Signature Verification-Electronic Messaging System- Payments and Collections- Funds Transfer- Branch- Utility Payments Corporate Banking: Foreign Exchange, Money Market, LCs and Guarantees, Bills and Collections, Nostro Reconciliation modulları tətbiq edilib.

Bankdan bildiriblər ki, Azərbaycan MDB də ilk ölkədir ki, bu qədər sayda modul tətbiq edir və adi halda 1,5-2 il sərf olunduğu halda bunları 11 aya həyata keçirir. "Flexcube" proqram təminatı Kapital bankda iyulun 23-dən online rejimdə faəliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti