...

Azərbaycanın mobil rabitə operatoru GSM şəbəkə tutumunun genişləndirilməsi ilə bağlı tender elan edib

Telekommunikasiya Materials 27 Avqust 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanın iri mobil rabitə operatoru "Azercell Telecom" 3 mln-a qədər abonentin GSM şəbəkə tutumunun genişləndirilməsi üçün tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat verilir.

Tenderdə iştirak dəyəri 8 min manat təşkil edir. Tender üzrə işin keçirilmə müddəti 12 aydır.

İddiaçılar sənədləri (son illərdə maliyyə vəziyyəti və potensial imkanar barədə məlumat, vergi borclarının olmaması barədə arayış, tender təklifinin 2 faizi dəyərində bank təminatı, mənbə və müvafiq sertifikat) oktyabrın 16-na qədər təqdim etməlidirlər.

Tender 17 oktyabrda Bakı vaxtı ilə 11.00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti