Azərbaycan, Bakı, 29 iyul /Trend/
"Azerbaijan İnternational Mineral Resources Operating Company Ltd." (AIMROC) "Çovdar" layihəsinin həyata keçirilməsi üçün yeni və köhnə istismar avadanlıqlarının və texnikanın tədarükü üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.
Maraqlanan şəxslər avqustun 1-dək şirkətə müraciət edə bilərlər: ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 49/s (Çıraq Plaza), tel.: 012 561 90 38, faks: 012 561 93 89.
Əlaqələndirici şəxslər: Namiq İbadov ([email protected]) və Anar Abdullayev (aabdullayev @aimroc.com).
Tender təkliflərinin təqdim edilməsi üçün son müddət 15 avqust saat 17:00-dır.
"Azerbaijan International Mineral Resources Operating Co.Ltd (AIMROC) şirkətindən "Qaradağ", "Çovdar", "Göydağ" və "Dağkəsəmən" filiz yataqları və "Köhnə meydan" sahələrinin işlənməsi layihələrinin həyata keçirilməsi nəticəsində 30 faiz gəlir əldə olunacağı gözlənilir. Onlardan mürəkkəb texniki avadanlıqların olmasını tələb etməyən sonuncu yataqda 200-dən 1000 kiloqramadək qızıl ola bilər.