...

"Lukoyl-Azərbaycan" tender elan edib

Tender müsabiqələri Materials 6 Aprel 2012 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Ə.Həsənov/

"Lukoyl-Azərbaycan" QSC neft şirkəti 2012-ci il üçün aşağıdakı xidmətlər üzrə açıq tender elan edib.

Trend-in məlumatına görə, tender iki lot üzrə keçiriləcək:

LOT 1: Əlvan neft məhsullarının saxlanılması üçün çənlərin təmizlənməsi;
LOT 2: Dərəcə cədvəlinin tərtib edilməsi.

Üstünlük zəruri sənədləri, analoji işlərdə iştirak təcrübəsi olan, texniki və maliyyə imkanlarına malik iştirakçılara veriləcək.

Tender təkliflərinin açılması mayın 10-da saat 11:00-da "Lukoyl-Azərbaycan" QSC-nin baş ofisində baş tutacaq.

Müvafiq sənədlər Z.Tağıyev küçəsində yerləşən "Lukoyl-Azərbaycan" QSC-nin baş ofisinə təqdim edilməlidir.

Əlaqələndirici şəxs: QSC-nin şöbə müdiri O.A.Haqverdiyev.

Telefon nömrələri: (012) 497 41 97, (050) 576 83 65.

Xəbər lenti

Xəbər lenti