...

Dünya Bankının Azərbaycanda yeni layihəsi çərçivəsində tender elan olunub

Tender müsabiqələri Materials 9 Aprel 2012 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Dünya Bankının "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi çərçivəsində məsləhət xidmətlərinin satın alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Fondun bazar ertəsi rəsmi mətbuatda yaydığı məlumatda deyilir.

Məsləhət xidmətləri dedikdə icma səfərbərliyi, sahibkarlıq fəaliyyəti üzrə biliklərin artırılması ilə əlaqədar təlimlərin təşkili, məcburi köçkünlərdən ibarət kiçik müəssisələrin yaradılamsı və onların sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək göstərilməsi və s. nəzərdə tutulur.

Tender təklifləri 2012-ci il aprelin 23-dək təqdim olunmalıdır.

Bu, ölkədə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması sahəsində sayca üçüncü layihədir.

Xəbər lenti

Xəbər lenti