...

Azərbaycanın su operatoru tender elan edib

Tender müsabiqələri Materials 13 İyun 2012 12:32 (UTC +04:00)
"Meliorasiya və Su Təsərrüfatı" ASC yanında Viləşçay Su Anbarı İstismar İdarəsi 2012-ci ildə təmir işlərinin görülməsi üçün mal-materialların və avadanlıqların satın alınması məqsədilə açıq tender elan edib.
Azərbaycanın su operatoru tender elan edib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ə.Həsənov/

"Meliorasiya və Su Təsərrüfatı" ASC yanında Viləşçay Su Anbarı İstismar İdarəsi 2012-ci ildə təmir işlərinin görülməsi üçün mal-materialların və avadanlıqların satın alınması məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Tender çərçivəsində yüksəktəzyiqli boru kəmərləri, suburaxıcı qurğular, örtüklü kanallar və Viləşçay su anbarına gedən yolun təmiri üçün mal-materialların və avadanlıqların satın alınması nəzərdə tutulur.

Aşağı qiymət, yüksək keyfiyyət təklif edən, müqaviləni vaxtında yerinə yetirən, analoji sahələrdə təcrübəsi olan iştirakçılara üstünlük veriləcək.

Tenderdə iştirak haqqı 100 manatdır. İştirakçıların tender təklifləri və bank zəmanətləri 26 iyul 2012-ci il saat 18:00-dək qəbul edilir. Tender təkliflərinin açılması cari il iyulun 27-də, saat 11:00-da baş tutacaq.

Tenderdə iştirak etmək üçün müavfiq sənədlər 20 iyul 2012-ci il saat 18:00-dan gec olmayaraq aşağıdakı ünvan üzrə Viləşçay Su Anbarı İstismar İdarəsinə təqdim edilməlidir: Masallı rayonu, Seybətin kəndi. Əlaqələndirici şəxs - Əjdər Fətullayev; telefon (0151) 5 31 87

Xəbər lenti

Xəbər lenti