...

"Lukoyl" Azərbaycanda tender elan edib

Tender müsabiqələri Materials 3 İyul 2012 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

"Lukoyl-Azərbaycan" QSC 2012-ci ildə yanacaqdoldurma məntəqələrində (YDM) və neft bazasında avtomatik idarəetmə sisteminin quraşdırılması üçün tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Respublika" qəzetində yayılan məlumatda deyilir.

Tender iki lot üzrə elan edilib. Birinci lot YDM-də sistemin quraşdırılmasını, ikinci lot isə neft bazasında avtomatik idarəetmə sisteminin dəyişdirilməsini nəzərdə tutur.

Tenderdə iştirak etmək istəyənlər tender təkliflərini 3 avqust 2012-ci il tarixinədək təqdim etməlidirlər. Tender təkliflərinin açılması 7 avqust, saat 11:00-da baş tutacaq.

Azərbaycan dilində əsas şərtlər toplusunu aşağıdakı ünvanda əldə etmək mümkündür: Bakı şəhəri, Səbayıl rayonu, Z.Tağıyev küçəsi, 13.

Əlavə məlumat almaq üçün (012) 497 41 49, (050) 383 09 08 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür. Əlaqələndirici şəxs: Əhməd Mayıl.

Xəbər lenti

Xəbər lenti