...

Naxçıvanın Babək rayonunun 10 kəndinin su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq

Tender müsabiqələri Materials 5 Dekabr 2024 11:20 (UTC +04:00)
Naxçıvanın Babək rayonunun 10 kəndinin su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanın Babək rayonunun 10 kəndində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı işlərə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

Belə ki, rayonun Kültəpə, Kərimbəyli, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Sirab, Yarımca, Hacıvar və Badaşqan kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasını "GEO-ECO İNNOVATİON CENTER" Məhdud Məsuliyyətli Cəmiyyətimə həvalə edib. Bunun müqabilində şirkətə 82.010 AZN (82 min 10 manat) ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti