Bakı. Trend:
Azərbaycan Səudiyyə Ərəbistanı və Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirəcək.
Bunu Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində genişmiqyaslı işlər aparılır və bu sektor sürətlə inkişaf edir.
"Səudiyyə Ərəbistanı və Özbəkistanla turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı işlər aparılır. Ölkəmiz yay turizm mövsümünə hazırdır, bölgələrdə böyük işlər görülür", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)