...

Azərbaycanda qastroturizmin inkişafı üçün işlər görülür - Fuad Nağıyev

Turizm Materials 17 Yanvar 2023 11:46 (UTC +04:00)
Azərbaycanda qastroturizmin inkişafı üçün işlər görülür - Fuad Nağıyev

Bakı. Trend:

Azərbaycan kulinariyasının inkişaf etdirilməsi Dövlət Turizm Agentliyinin əsas məqsədlərindən biridir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" adlı tədbirdə Agentliyin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, ölkəmizin mövcud təbiəti, turizm imkanları qastroturizmin inkişafı üçün əlverişlidir.

“Bu məqsədlə beynəlxalq əlaqələrimizi genişləndiririk. Milli Kulinariya Mərkəzi bu istiqamətdə lazımı addımlar atır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan turizminin inkişafına daim dəstək verir və bu dəstək üçün onlara dərin minnətdarlığımızı bildiririk", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti