...

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələri və şəhərciklərində isitmə mövsümü elan edilib

Siyasət Materials 14 Noyabr 2012 09:53 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin hərbi şəhərcikləri və hissələrində, yaşayış binalarında noyabrın 15-dən isitmə mövsümü başlayacaq.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələri və şəhərciklərində isitmə mövsümü elan edilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin hərbi şəhərcikləri və hissələrində, yaşayış binalarında noyabrın 15-dən isitmə mövsümü başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, müdafiə nazirinin əmrinə əsasən, hərbi şəhərciklərin, kommunal qurğuların və yaşayış binalarının istiliklə təmin edilməsi məqsədilə noyabrın 15-dən bütün hərbi şəhərcik və hərbi hissələrdə isitmə mövsümünün başlanması elan edilib. Qazanxana avadanlıqları və istilik sistemləri müvafiq komissiyalar tərəfindən yoxlanıldıqdan sonra istismara verilir.

Qeyd edək ki, artıq Müdafiə Nazirliyinin hərbi qulluqçuları qış geyim formasına keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti