...

MSK Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar "exit-poll" keçirtmək üçün iki QHT-ni qeydiyyata alıb

Siyasət Materials 8 Dekabr 2009 17:55 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bələdiyyə seçkiləri ilə əlaqədar olaraq birgə exit-poll keçirtmək üçün, çərşənbə axşamı Azərbaycanın Müstəqil araşdırmalar Mərkəzini (MAM) "ELS" və azərbaycanda Vətəndaş Cəmiyyətinə Kömək asossasiyasını qeydiyyatdan keçirib.
MSK Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar "exit-poll" keçirtmək üçün iki QHT-ni qeydiyyata alıb

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bələdiyyə seçkiləri ilə əlaqədar olaraq birgə exit-poll keçirtmək üçün çərşənbə axşamı Azərbaycanın "ELS" Müstəqil Araşdırmalar Mərkəzini (MAM)  və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını qeydiyyata alıb.

MSK katibi Natiq Məmmədov deyib ki, ölkənin 17 dairə seçki komissiyasında exit-poll keçiriləcək. Bunun üçün hər iki təşkilatdan 533 nəfər cəlb ediləcək.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Məmmədovun sözlərinə görə, hazırda MSK 635 yerli müşahidəçini qeydiyyata alıb, 26 552 müşahidəçi isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti