...

Fərhad Məmmədov: Serj Sarkisyan Ermənistan xalqı üzərində qələbə çaldı

Nəzər nöqtəsi Materials 20 Fevral 2013 16:53 (UTC +04:00)
Ermənistanda prezident seçkiləri proqnozlaşdırılan nəticələrlə başa çatdı. Hazırkı Prezident Serj Sarkisyan qalib gəldi, lakin qələbə, ilk növbədə, Ermənistan xalqı üzərində əldə olundu.
Fərhad Məmmədov: Serj Sarkisyan Ermənistan xalqı üzərində qələbə çaldı

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Ermənistanda prezident seçkiləri proqnozlaşdırılan nəticələrlə başa çatdı. Hazırkı Prezident Serj Sarkisyan qalib gəldi, lakin qələbə, ilk növbədə, Ermənistan xalqı üzərində əldə olundu. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov belə düşünür.

"Hakim Respublika Partiyasının sıralarında cəmləşmiş kriminal avtoritetlərin, oliqarxların resurslarından və inzibati resurslardan kütləvi istifadə nəticəsində 58 faiz səs toplandı", - Məmmədov Trend-ə bildirib.

Onun sözlərinə görə, hazırkı Prezidentin əsas rəqiblərinin seçkilərdə iştirakdan imtina etməsindən sonra o, faktiki olaraq Ermənistanın siyasi arenasında tək qaldı.

"Ermənistanın sayca ikinci Prezidenti Robert Koçaryanın ölkədə olmamasını və səsvermədə iştirak etməməsini də saymamazlıq hesab etmək olar. Beləliklə, Koçaryan və onun "Çiçəklənən Ermənistan" partiyasını dəstəkləyənlər və başqa siyasi partiyalar növbəti beş ildə Serj Sarkisyanın prezidentliyini qanuniləşdirməkdə iştirak etmək istəmədiklərini nümayiş etdiriblər", - o qeyd edib.

SAM rəhbəri bidirib ki, hesabına 38 faiz səsin yazıldığı əsas rəqib, müxalifyönlü Raffi Ovannisyan heç vaxt sorğularda və elektoratın 10 faiz dəstəyini qazanmırdı.

"Yəni ən güclü rəqiblərin yoxluğu və seçici siyahısındakı böyük sayda "ölü canlar" olduğu şəraitdə - bunu ATƏT müşahidəçiləri də qeyd ediblər - və inzibati aparatın tam dəstəyi ilə Sarkisyan ona lazım olan səsi güclə toplaya bildi. Belə olan halda əminliklə demək olar ki, Ermənistanda gələcək proseslər yalnız gərginləşəcək, hakimiyyət yenə də yalnız polisin və ordunun süngüsünə arxalanacaq və öz xalqını yarıac, deməli, nəzarət olunan vəziyyətdə saxlayacaq", - Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti