...

Ukrayna Baş nazirinin ailə üzvləri təhdid olunur

Nəzər nöqtəsi Materials 6 Dekabr 2013 23:19 (UTC +04:00)
Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, Maydanın aktivistləri onun ailə üzvlərini təhdid edirlər.
Ukrayna Baş nazirinin ailə üzvləri təhdid olunur

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, Maydanın aktivistləri onun ailə üzvlərini təhdid edirlər. Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu barədə o öz "facebook" səhifəsində yazıb.

N.Azarov qeyd edib: "Mən anlamıram, hakimlərin, prokurorların, hüquq mühafizə orqanlarının əməkdaşlarının mənzillərinə daxil olmağı, onların uşaqlarını, ailəsini təhdid etməyi göstəriş verən Maydandakı müxalifət hansı Avropa dəyərlərindən danışa bilər? Bu sadəcə cinayət deyil, əxlaq, mənəviyyat sərhədlərini aşmaq deməkdir. Yeri gəlmişkən, mənim ailə üzvlərim də təhdid olunur".

Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 22-də rəsmi Kiyevlə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılması barədə qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına başlanılıb. Müstəqillik meydanında (Maydan) aksiyalar hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti