...

Direktor: Milli Gimnastika Arenası istənilən yarışa tam hazırdır

Nəzər nöqtəsi Materials 19 Fevral 2016 14:58 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenası istənilən yarışa 100 faiz hazırdır.
Direktor: Milli Gimnastika Arenası istənilən yarışa tam hazırdır

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda Milli Gimnastika Arenası istənilən yarışa 100 faiz hazırdır. Bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasının Bakıda Dünya Kubokuna hazırlığı zamanı heç bir çətinlik yaranmayıb: "Biz artıq çoxdan iri tədbirlər keçiririk və bizim onların təşkilində böyük təcrübəmiz var. Dünya Kuboku ərəfəsində böyük iş gördük, hazırlıq ciddi olub və yarışlardan xeyli əvvəl başlayıb".

M.Fərzullayev qeyd edib ki, cari ildə Milli Gimnastika Arenasını batutda tullanma və bədii gimnastika üzrə iri yarışlar gözləyir, gələn il isə orada İslam Oyunları çərçivəsində gimnastika yarışları keçiriləcək: "Batutda tullanma üzrə Dünya Kubokuna xüsusi olaraq arenanın formatı tam dəyişəcək. Buna görə onun tutumu müvəqqəti olaraq 6 mindən 3 min yerədək azalacaq. Bədii gimnastika üzrə yarışlara yenidən bəzi dəyişikliklər edəcəyik və əvvəlki tutum bərpa ediləcək".

Onun sözlərinə əsasən, yarışların erkən başlamasına və iş gününə rəğmən, tribunalarda xeyli sayda azarkeşin olması sevindiricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti