...

Savelyev: Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib

Nəzər nöqtəsi Materials 14 Sentyabr 2017 13:34 (UTC +04:00)
Bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətləri sınaqdan keçdiyi bir vaxtda, Azərbaycanla olan münasibətlər müxtəlif sahələrdə inkişaf edir.
Savelyev: Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib

Moskva. Trend:

Bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətləri sınaqdan keçdiyi bir vaxtda, Azərbaycanla olan münasibətlər müxtəlif sahələrdə inkişaf edir.

Trend-in məlumatına görə, bunu Moskvada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” konfransında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi mövcuddur.

D.Savelyev qeyd edib ki, 25 il ərzində Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib, eləcə də əlverişli coğrafi vəziyyətini fəal şəkildə istifadə edir.

Deputat qeyd edib ki, çoxtərəfli Rusiya-Azərbaycan əməkdaşlığı yüksəliş dövrünü yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti