...

Azər Paşa Nemətov: "Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq"

Nəzər nöqtəsi Materials 22 Mart 2018 13:00 (UTC +04:00)
"Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq".
Azər Paşa Nemətov: "Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq"

Bakı. Vüqar İmanov - Trend:

"Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq".

Bunu Trend-ə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər direktoru, xalq artisti Azər Paşa Nemətov deyib.

A.P.Nemətov bildirib ki, dünyada sülh və əmin-amanlıq ölkəsi kimi tanınan, dəyərli mədəni irsə sahib olan Azərbaycanda bütün sahələrin, o cümlədən, mədəniyyətin inkişafı hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub:

"Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev teatrın inkişafı, teatr xadimlərinin rifah halının yaxşılaşdırılması, Azərbaycan teatrlarının yaradıcılıq imkanlarının genişləndirilməsi və teatr binalarının maddi-texniki baza ilə təchiz olunması ilə bağlı çox mühüm tapşırıq və göstərişlər verib. İmzalanan sərəncamlar, qəbul olunan dövlət proqramları və qanunlar teatrın dövlətin mədəniyyət siyasətində nə qədər ciddi önəmə malik olduğunu sübut edir. Möhtərəm prezidentimizin teatra böyük qayğısı öz mənbəyini Ümummilli liderimiz Heydər Əliyevin tariximizə qızıl hərflərlə yazılan mədəniyyət siyasətindən götürür. Ulu öndərimiz bütün ömrü və fəaliyyəti boyu Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə fəxr etmiş, onun inkişafını öz siyasətinin aparıcı istiqamətinə çevirmişdi. Sənət xadimləri, teatr nümayəndələri Ulu öndərimizi hər zaman böyük hörmət və ehtiram hissi ilə xatırlayır və onunla olan çoxsaylı görüşlərini öz həyatlarının unudulmaz anları kimi dəyərləndirirlər".

Dram Teatrının rəhbəri qeyd edib ki, müstəqil Azərbaycan dövləti ölkə başçısı İlham Əliyevin apardığı qətiyyətli, uğurlu siyasət nəticəsində özünün inkişaf və intibah dövrünü yaşayır:

"Xalq-iqtidar birliyinin bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunması bunun bariz nümunəsidir. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün ən qüdrətli ordulardan birinə çevrilib. Aprel döyüşlərindəki zəfərimiz göstərdi ki, Azərbaycan Ordusu istənilən zaman işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Qarabağ torpaqlarımıza qayıtmağımız ən yaxın zamanda həyata keçəcək".

O əlavə edib ki, möhtərəm prezidentimizin xalqa xidmət etməyi, sabitlik və əmin-amanlığı öz həyat fəlsəfəsinə çevirməyi Azərbaycan vətəndaşlarının xoşbəxt bu gününə, qayğısız gələcəyinə hesablanıb:

"Ömürlərini sənətə bağlayan teatr xadimləri cənab İlham Əliyevi özlərinə əvəzolunmaz dost bilirlər. Məhz bu təmənnasız sevgi, qırılmaz dostluq hissləri teatr xadimlərinin aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməsinə əsas verir. Biz hər zaman dövlətimizin başçısının apardığı uğurlu siyasəti dəstəkləmişik. Bu, gələcəkdə də belə olacaq. Aprelin 11-də Azərbaycan keçiriləcək seçkilərdə bir nəfər kimi möhtərəm İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq. Qarşıdan gələn seçkilərdə cənab prezidentə bol-bol uğurlar arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti