Bakı. Azad Həsənli - Trend:
“Star” neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.
Trend-in məlumatına görə, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.
“Star” neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.
Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.