...

Vüqar Rəhimzadə: VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır

Nəzər nöqtəsi Materials 26 Oktyabr 2018 19:05 (UTC +04:00)
VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır.
Vüqar Rəhimzadə: VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır

Bakı. Samir Əli - Trend:

VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin ev sahibliyi etdiyi VI Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı açıqlamasında bildirib.

Baş redaktor deyib ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib: "Bu reallığı da qeyd etməliyik ki, əvvəllər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, bu gün hər həftə, hər ay Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir. Dövlətimizin xarici siyasətinin çevikliyi və açıqlığı istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına və yeni istiqamətlər üzrə davam etdirilməsinə yol açır. Ümumilikdə bu uğurlarımız düşünülmüş və məqsədyönlü siyasətimizdən, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkandan və malik olduğu təbii resurslardan səmərəli istifadəsindən qaynaqlanır".

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır. Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz daim İslam həmrəyliyinə, multukultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir.

YAP Siyasi Şurasının üzvü bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Forumdakı nitqində də dünyaya önəmli mesajlar öz əksini tapıb: "Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan cənab İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etdi. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir".

V.Rəhimzadə Forum iştirakçılarının say tərkibində nəzərəçarpan artımı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, eyni zamanda, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən belə mötəbər tədbirlərə marağın göstərici kimi qeyd edib: "Hər bir tədbir gündəmə gətirilən məsələnin, mövzunun müzakirəsi baxımından əhəmiyyətlidir. VI Beynəlxalq Humanitar Forumun mövzusu da bu günümüzün çağırışlarından birini özündə əks etdirir: "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı".

"İki sahil" qəzetinin baş redaktoru onu da bildirib ki, dünyada münaqişələrin, toqquşmaların baş verdiyi, gərginliklərin artdığı bir zamanda bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi əhəmiyyətlidir:

"Dünyanın bugünkü mənzərəsi belədir: beynəlxaq hüquq problemi yaşanır, maraqlar ədaləti üstələyir, dünya ikili yanaşmalardan xilas ola bilmir. Bu bəyanat dövlətimizin başçısı İlham Əliyev tərəfindən bütün tədbirlərdə bəyan edilir ki, beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı, vahid mexanizm müəyyənləşdirilməlidir. Bu, dünyada ədalət meyarını unutmamağa bir çağırışdır. Tolerantlığı, multikulturalizmi dövlət siyasətinin əsası kimi qəbul edib, sivil, hüquqi, demokratik dövlət quruculuğu yolunda inamlı addımlar atan, bütün azadlıqların ölkəmizdə qorunmasına səy göstərən, ən əsası yenilikçi ölkə kimi tanınan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi əsaslıdır, bu günümüzün uğurlarının təsdiqidir. Dünyanı narahat edən problemlərin ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə müzakirə olunması, ümumi yanaşmanın ortaya qoyulması Azərbaycanın ölkələr, xalqlar arasında dostluq körpüsü roluna işıq salmaqla yanaşı, eyni zamanda, hər bir məsələnin həllində ədalətli mövqeyə, beynəlxalq hüququn norma və prinsiplərinə önəm verməsinə əsaslanır".

V.Rəhimzadə bildirib ki, son illərdə dünyada, o cümlədən Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki, multikulturalizmin alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər: "İslam aləminin ayrılmaz parçası olan, islami dəyərlərə sadiqliyini əməli işi ilə subut edən Azərbaycan islamofobiyaya qarşı mübarizədə öz sözünü deyən ölkələrdəndir. VI Beynəlxalq Humanitar Forum bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır. İşini uğurla başa çatdıran Forumda müzakirə olunan məsələlər, aparılan diskussiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olacaq".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti