...

İSESKO-nun baş direktoru: Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında rolunu yüksək qiymətləndiririk

Nəzər nöqtəsi Materials 2 May 2019 15:41 (UTC +04:00)
Uzun müddətdir ki, "Bakı prosesi" ilə əməkdaşlıq edirik və Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında rolunu yüksək qiymətləndiririk.
İSESKO-nun baş direktoru: Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında rolunu yüksək qiymətləndiririk

Bakı. Elçin Mehdiyev - Trend:

Uzun müddətdir ki, "Bakı prosesi" ilə əməkdaşlıq edirik və Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında rolunu yüksək qiymətləndiririk. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfə verir.

Trend-in məlumatına görə, bunu İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zamanı deyib.

O bildirib ki, bu gün dünyanın mədəniyyətlərarası dialoqa böyük ehtiyacı var.

O.Tüveycri deyib ki, İslam bərabərlik, ədalətlilik, tolerantlıq, humanizm dini olduğu halda bu dini terorrizm kimi qələmə verməyə çalışırlar:

"Bəzi siyasətçilərin öz gündəliyi var, geosiyasi mübarizələr gedir. Dünyada bizim gözümüz qarşısında müharibələr, münaqişələr baş verir, şəhərlər dağıdılır, miqrasiya getdikcə artır. Bütün bunların baş verməsində məsuliyyət böyük güclərin üzərinə düşür”.

Ə.Tüveycri vurğulayıb ki, dünyada əməkdaşlığa böyük ehtiyac var: “Biz sülh şəraitində yaşamaq üçün bir-birimizə hörmətlə yanaşmalıyıq. Bəzi dəlisov liderlər dünyanı fəlakətə aparırlar. Somalidə, Liviyada vəziyyət göz önündədir. Mən Azərbaycan hökumətinə səmimi qəlbdən minnətdarlıq edirəm”.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti