Ziyafət Əsgərov: Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb

Ziyafət Əsgərov: Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb

Bakı. Elçin Mehdiyev – Trend:

İyulun 31-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Parlamentin birinci vitse-spikeri qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İndoneziya dost ölkələrdir:

“Biz münasibətlərin dərinləşməsinə böyük önəm veririk. Təqdirəlayiq haldır ki, ötən il Azərbaycan Parlamentinin 100 illik yubiley tədbirlərində İndoneziya ən böyük sayda nümayəndə heyəti ilə iştirak etdi. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə əlaqələr mövcuddur. Bütün sahələrdə əməkdaşlıq üçün geniş potensial imkanlar var. Biz iqtisadi, ticari, turizm, sənaye sahələrində əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq”.

Milli Məclisin Sədri Oqtay Əsədovun 2012-ci ildə İndoneziyaya rəsmi səfərini xüsusi vurğulayan Z.Əsgərov belə yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.

Parlament Sədrinin birinci müavini deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb:

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Avropa ilə Asiyanı birləşdirən dəmiryolu xətti bunun bariz nümunəsidir. Ölkənin bir sıra şəhərlərində sənaye parkları fəaliyyət göstərir, gələcəkdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər görülür”.

İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zon səmimi qəbul üçün minnətdarlığını bildirib. Qeyd edib ki, İndoneziya Azərbaycanla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlərarası münasibətlərimizin daha da dərinləşməsi çox vacibdir. Bildirildi ki, İndoneziya parlamentində 560 deputat təmsil olunub. Burada Azərbaycan Milli Məclisi ilə əməkdaşlığa böyük önəm verilir. Dostluq qrupları səviyyəsində vaxtaşırı səfərlər təşkil olunur. Cari ilin sentyabr ayında İndoneziyanın Bali adasında dünya parlamentlərinin forumunun keçiriləcəyini diqqətə çatdıran qonaq Azərbaycan parlament nümayəndə heyətinin bu toplantıda iştirak edəcəyinə inamını ifadə edib.

Bildirilib ki, iqtisadi sahədə əlaqələrimiz dinamik inkişaf edir. Bu gün İndoneziya Azərbaycandan neft idxal edir. Siyasi, mədəni, humanitar, turizm sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Söhbət zamanı Z.Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bugünə qədər əməl olunmur. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında dəfələrlə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verilib. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə əlaqədar qəbul etdiyi qərardan bəhs edən Z.Əsgərov bu günədək dünyanın 30-a yaxın parlamentlərində Ermənistanın Xocalıda törətdiyi əməllərin soyqırım kimi tanınması barədə sənədlərin qəbul edildiyini söyləyib. Qeyd olunub ki, biz İndoneziya parlamentində də bu məsələyə münasibət bildirilməsini istərdik.

İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fadlı Zon ölkəsinin daim işğala qarşı olduğunu deyib. O, parlament diplomatiyası yolu ilə bu məsələdə Azərbaycana dəstək verəcəklərinə əminliyini söyləyib.

Görüşdə Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır - Tamam Cəfərova
Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır - Tamam Cəfərova
Prezident İlham Əliyevin yaratdığı Zəngəzur dəhlizi reallığı - Dünya ölkələri də bunu qəbul edir
Prezident İlham Əliyevin yaratdığı Zəngəzur dəhlizi reallığı - Dünya ölkələri də bunu qəbul edir
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Loading Bars
Xəbər lenti
Azərbaycan və İranın nəqliyyat imkanları iki ölkənin gəlirlərini artıracaq - Keçmiş səfir
Kəlbəcər və Laçında yolların işlək saxlanılması üçün bütün tədbirlər görülür - MN
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal həcmi açıqlanıb
Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır - Tamam Cəfərova
İtkin düşmüş baş leytenantın axtarışı davam etdirilir - Anar Eyvazov
Bu növ benzinlər üçün aksiz dərəcəsi kəskin şəkildə azaldılıb, gömrük rüsumu ləğv edilib
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birincilyi və Bakı Çempionatında qaliblər mükafatlandırılıb (FOTO)
Ötən il 4455 nəfər sanator-kurort və müalicə mərkəzlərinə göndərilib (FOTO)
Bu gün Şuşaya səfər edənlər bu ərazilərdə olublar (FOTO)
Ehtiyatda olan hərbçilərlə keçirilən təlim toplanışı başa çatıb (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qalibləri mükafatlandırılıb (FOTO)
DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb (VİDEO)
2 il əvvəl törədilən qətlin üstü açılıb
Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində! (FOTO)
Bakı-Sumqayıt qatarlarında maska taxmayan 20-yə yaxın şərnişin cərimələnib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin yaratdığı Zəngəzur dəhlizi reallığı - Dünya ölkələri də bunu qəbul edir
Kəlbəcər istiqamətində çovğuna düşərək azan hərbçilərimizdən 3-ü tapılıb, birinin axtarışı davam etdirilir - MN
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizlənib
Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər müəyyənləşib - Mükafatlandırma mərasimi (FOTO)
Azərbaycanda kompüter istehsalı artıb
İranda ötən sutka 12 minə yaxın şəxs koronavirusa yoluxub
Türkiyədə torpaq üstündə dava düşüb, 20-dən çox yaralı var
Sabunçuda narkotik satan 40 nəfər saxlanılıb (FOTO/VİDEO)
Bakıda bəzi küçələr tamamilə piyadaların istifadəsinə verilə bilər - Layihə
Tamblinq üzrə Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm - Gənc gimnast
Qadın sahibkarların azad edilmiş ərazilərdə həyata keçirəcəyi layihələr açıqlanıb
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər mükafatlandırılıb (FOTO)
Narkotik dövriyyəsinə qarşı əməliyyatlarda daha 13 nəfər saxlanılıb (FOTO)
Rusiyada bir gündə 113 mindən çox şəxs koronavirusa yoluxub
Növbəti sərnişin avtobusu Şuşaya çatıb (FOTO)
Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Türkiyə Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Qonaq getdikləri evdən 21 min manatlıq oğurluq etdilər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb (FOTO)
Bazar günü 13 dərəcəyədək isti olacaq
Mingəçevir və Şəmkirin içməli su təchizatı yaxşılaşdırılır
Avropada qaz anbarlarının doluluğu ən aşağı səviyyəyə düşüb
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qəbul üçün qeydiyyat onlayn rejimdə olacaq
Bolqarıstanın "Bulgargaz" şirkətinin rəhbərliyi tam tərkibdə vəzifədən azad edilib
"Neftçilər" metrostansiyası yaxınlığında dava 4 ərəb turist arasında düşüb - RƏSMİ
Bakıda 50 və 25 yaşlı 2 kişi meyiti tapılıb - Qətllər araşdırılır
Rəşt-Astara dəmiryolunun tikilməsi ilə Şimal-Cənub dəhlizi aktivləşəcək - İranlı nazir
Tikinti materiallarının qiymətindəki dəyişikliklər açıqlanıb
Bakıda mənzildə kişi meyiti tapılıb
Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır - Səfir
Vətən müharibəsi şəhidinin adına niyə protokol göndərilib? -AÇIQLAMA
Zəngilan və Laçın hava limanlarının inşası turizmin inkişafına müsbət təsir göstərəcək - Agentlik
Azərbaycan neftinin qiyməti 94 dolları ötüb
Bakıda məşhur gecə klubunda dava düşüb (FOTO/VİDEO)
ABŞ-ın şərqində 5 minə yaxın aviareys ləğv edilib
Şirvanda gözətçi köşkü yanıb
Belçikada koronavirusa yoluxanların sayı 3 milyonu keçib
Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub
"Instagram"ın işində qüsurlar yaranıb
Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb
ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək - Bayden
Ərdoğan yeni ədliyyə naziri təyin edib
Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır - XİN
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb (VIDEO)
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Bütün xəbərlər