Bakı. Mətanət Nəsibova - Trend:
Bu gün Azərbaycan beynəlxalq investisiyalar üçün kifayət qədər cəlbedici ölkədir.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Almaniya-Azərbaycan forumunda deyib.
O bildirib ki, Azərbaycanda qiymətli kağızlar sektoru da xarici standartlara uyğunlaşıb:
“”Bizim qiymətləndirməmizə əsasən, hazırda Azərbaycanda maliyyə sektorunun cəlbediciliyi ilə bağlı heç bir şübhə yoxdur. Ölkə maliyyə sektorunda biznes mühitinin inkişafı üçün kifayət qədər potensiala malikdir”.