...

Kələfin ucunu itirmiş Əli İnsanov siyasi partiya qurduğuna hətta özü də inanmağa başlayıb - Azər Həsrət

Nəzər nöqtəsi Materials 25 Noyabr 2019 15:42 (UTC +04:00)
Deyirlər, Azərbaycanda korrupsiyaya bulaşmaqda rekord sahibi olan Əli İnsanov Haqq-Ədalət Partiyası qururmuş.
Kələfin ucunu itirmiş Əli İnsanov siyasi partiya qurduğuna hətta özü də inanmağa başlayıb - Azər Həsrət

Bakı. Trend:

Deyirlər, Azərbaycanda korrupsiyaya bulaşmaqda rekord sahibi olan Əli İnsanov Haqq-Ədalət Partiyası qururmuş. Yəni HƏP, yaxud da elə HƏPo. Açığı, şoka filana düşməmişəm. Çünki o, Prezident İlham Əliyevin lütfü sayəsində həbsdən çıxanda da nəyə görəsə ABŞ-a təşəkkür etmişdi. Sonra da radikal müxalifəti üzəcək açıqlamalar vermişdi.

Trend-in məlumatına görə, bunu siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Əli İnsanov azadlıa çıxandan bir müddət sonra da korrupsiyaya qarşı mübarizə bəyanında bulunmuşdu:

"Yəni adam əməlli-başlı kələfin ucunu itirmişdi ki, indi də gəlib bir siyasi partiya qurduğuna hətta özü də inanmağa başlayıb...".

Qeyd edək ki, vaxtilə ciddi korrupsiya əməllərinə görə həbs edilmiş Əli İnsanov noyabrın 24-də məhdud siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə aparıblar. Təşkilat komitəsinin üzvlərini müəyyən ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti