...

Rusiyanın "Eurovision - 2012" təmsilçisi məlum oldu

Eurovision-2012 Materials 8 Mart 2012 01:11 (UTC +04:00)
Rusiyanın "Eurovision - 2012" təmsilçisi məlum oldu
Rusiyanın "Eurovision - 2012" təmsilçisi məlum oldu

Azərbaycan, Bakı, 7 mart /Trend/

Rusiyanın "Eurovision - 2012" təmsilçisi məlum oldu. Ölkənin "Rossiya" telekanalının canlı yayımlanan final mərhələsinin qalibi "Buranovskiye babuşki" qrupu oldu. Onların ifa etdiyi "Party for Everybody" mahnısı münsiflər və tamaşaçıların rəyi ilə qalib elan edildi.

40 ildən artıqdır fəaliyyət göstərən "Buranovskiye babuşki" qrupunun üzvləri özlərini peşəkar saymırlar, amma hər şeyi sevə-sevə etdiklərini bildirirlər. Ən maraqlısı isə budur ki, ümumxalq sevgisi qazanan və bütün zalı coşqulandırmağı bacaran nənələr nəinki folklor, dünyaşöhrətli "The Beatles", "Queen" kimi qrupların, Boris Qrebenşikov və Viktor Soyun repertuarından mahnılar da ifa edirlər. Amma doğma udmurt dilində.

"Buranovskiye babuşki" martın 7-də milli finalda 24-cü çıxış edəcək. Qalib gələcəkləri təqdirdə may ayında Rusiyanı Bakıda məhz onlar təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti