...

Yunanıstanın "Eurovision 2012" təmsilçisi Azərbaycanda özünü evdəki kimi hiss edir (FOTO)

Eurovision-2012 Materials 18 May 2012 15:09 (UTC +04:00)
Yunanıstanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Azərbaycanda özünü evdəki kimi hiss edir.
Yunanıstanın "Eurovision 2012" təmsilçisi Azərbaycanda özünü evdəki kimi hiss edir (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Yunanıstanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Azərbaycanda özünü evdəki kimi hiss edir.

"Mən Azərbaycanda çox böyük qonaqpərvərliklə rastlaşdım. Burada özümü lap evdəki kimi hiss edirəm", - bunu Trend-ə eksklüziv müsahibəsində Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou deyib.

O qeyd edib ki, Azərbaycan və Yunanıstan xalqları arasında bir çox oxşarlıqlar var.

"Düşünürəm ki, Yunanıstan və Azərbaycan xalqlarının daha çox musiqidə və xörəklərdə oxşarlıqları var. Hər iki xalq mülayim və dost xalqlardır", - Eleftheriou bildirib.

"Bakı Kristal Zalı" haqqında danışan ifaçı belə bir mötəşəm zalın qısa müddətə tikilməsinə inanmadığını deyib.

"Zal çox möhtəşəmdir, yəni səhnə, təşkilatçılıq, işıq effektləri, hər şey yüksək səviyyədə təmin edilib", - Eleftheriou bildirib.

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində fan klub üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermədə ikinci olmasına münasibət bildirən ifaçı buna çox sevindiyini deyib.

"İnana bilmirəm ki, ikinciyəm. Bunu qorumaq üçün əlimdən gələni edəcəyəm," - müğənni deyib.

Kimin qalib gələcəyi barədə suala cavab verən müğənni bunu deməyin çətin olduğunu bildirib və hər şeyin səsvermədən sonra məlum olacağını bildirib.

Müsabiqədə xeyli yaxşı mahnıların olduğunu deyən Eleftheriou artıq bir çox ölkələrin təmsilçiləri ilə dostluq etdiyini söyləyib.

Lakin müğənni artıq özünün bir neçə favoritlərini də müəyyən edib. Eleftheriou qeyd edib ki, onun favoritləri arasında Azərbaycan, İsveç, Moldova, Rumıniya, İsveçrə və Belçikadan olan təmsilçilər var.

Xəbər lenti

Xəbər lenti