Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyini davam etdirir.
Trend-in məlumatına görə, "Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan klub üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında yenə də liderdir.
Mayın 18-si saat 11:00-a olan məlumata görə, Rusiya təmsilçiləri 204 səslə birinci yerdədirlər. İkinci yeri 190 səslə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou tutur. Rumıniyanın "Mandinga" qrupu isə 187 səslə üçüncüdür.
Mayın 19-u saat 11:30-a olan məlumata görə, Rusiya təmsilçiləri 269 səslə birinci yerdədirlər. İkinci yeri 249 səslə Yunanıstan və Rumıniya təmsilçiləri paylaşırlar. İslandiya təmsilçisi isə 238 səslə üçüncüdür.
Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaq.
"Buranovskiye babuşki" liderdir