Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/
"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Türkiyə təmsilçisi Can Bonomo ("Love Me Back") deyib ki, çox gərgin və həyəcanlıdır.
"Qardaş ölkədə uğur qazandığım üçün xoşbəxtəm. Finalda çıxışımızın daha yaxşı olacağına və daha çox uğur qazanacağımıza inanıram. Musiqi karyeramın başlanğıcındayam, ona görə də finalda hamını rəqib kimi görürəm", - Trend-in məlumatına görə, bunu mətbuat konfransında Bonomo bildirib.
Qeyd edək ki, Bonomo səhnədə və mətbuat konfransında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycanın da bayrağını gəzdirib.
Türkiyə finalda 18-cı sırada təmsil olunacaq.