...

Fransanın "Eurovision 2012" təmsilçisi: Azərbaycan gənc, demokratik ölkədir (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 18:12 (UTC +04:00)
Azərbaycan gənc, demokratik ölkədir. Trend-in məlumatına görə, bunu Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Anqqun keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına cavab verərkən deyib.
Fransanın "Eurovision 2012" təmsilçisi: Azərbaycan gənc, demokratik ölkədir (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend E.Mehdiyev/

Azərbaycan gənc, demokratik ölkədir. Trend-in məlumatına görə, bunu Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Anqqun keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına cavab verərkən deyib.

"Azərbaycan haqqında deyə bilərəm ki, çox gənc və demokratik ölkədir. Azərbaycan cəmi 20 ildir ki, öz müstəqilliyini əldə edib. Düşünürəm ki, burada demokratiya mövcuddur, insanlar azad şəkildə səs verə bilir", - Anqqun deyib.

O, şərq tarixində 1918-ci ildə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildiyini də xatırladıb.

"Bakı Kristal Zalı"nın möhtəşəmliyindən də danışan müğənni müsabiqədə verilən vaxtın azlığından şikayətlənib.

"Keyfiyyətli səs, işıq, səhnə - hər şey yüksək səviyyədədir, lakin bundan zövq almaq üçün cəmi üç dəqiqə vaxt verilir. Mən səhnədə daha çox qalmaq istərdim", - Fransa təmsilçisi deyib.

Xəbər lenti

Xəbər lenti