...

İspaniyanın "Eurovision 2012" təmsilçisindən məhəbbət haqqında ballada (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:30 (UTC +04:00)
İspaniyanın "Eurovision 2012" təmsilçisi Pastora Soler "Bakı Kristal Zalı"nın səhnəsində 19-cu sırada çıxış edib.
İspaniyanın "Eurovision 2012" təmsilçisindən məhəbbət haqqında ballada (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

İspaniyanın "Eurovision 2012" təmsilçisi Pastora Soler "Bakı Kristal Zalı"nın səhnəsində 19-cu sırada çıxış edib.

Pastora Soler "Quédate Conmigo" mahnısını ifa edib.

"Mənim mahnım məhəbbət haqqında balladadır. İspaniyada çox ənənəvi janr olan flamenko janrına oxşamır, lakin hesab edirəm ki, Avropa üçün çox yaxındır. Səhnədə beş bek-vokalçı olacaq", - müğənni bir az əvvəl deyib.

Ölkənin müsabiqə üzrə milli yayımçısı olan "TVE" kanalı təmsilçini münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçib. Pastora Soler 1978-ci ildə İspaniyada anadan olub. İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənni bu vaxtadək 10 albom buraxıb.

Xəbər lenti

Xəbər lenti