...

"Standard & Poor's" ARDNŞ-yə "BB" reytinqi verib

Ekspert Şurası Materials 20 Oktyabr 2011 16:14 (UTC +04:00)
"Standard & Poor's" agentliyi yüksələn xətt üzrə inteqrasiya edən və 100 faiz dövlətə məxsus olan ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "BB" reytinqini verib.
"Standard & Poor's" ARDNŞ-yə "BB" reytinqi verib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir S.Əliyev/

"Standard & Poor's" agentliyi yüksələn xətt üzrə inteqrasiya edən və 100 faiz dövlətə məxsus olan ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "BB" reytinqini verib. ARDNŞ-nin artıq "Moody's" və "Fitch" reytinq agentliklərindən reytinqi var.

ARDNŞ-nin reytinqi yalnız şirkətin əsas sahibi Azərbaycan Respublikası hökumətindən təcili dəstək almasının yüksək ehtimal qiymətini əks etdirir ("BB"+/Müsbət/B).

Dövlətlə bağlı olan təşkilatlara reytinq vermə metodologiyasına uyğun olaraq hesab edirik ki, ARDNŞ ölkə iqtisadiyyatında çox böyük rol oynayır. Bu isə onun iqtisadiyyatın strateji sektoru olan neft hasilatı sahəsində həlledici roluna, həmçinin Azərbaycanın iri vergi ödəyicisi və işə götürən statusuna əsaslanır.

ARDNŞ neft emalı və neft kimyası sahələrində inhisar mövqeyindədir. ARDNŞ, eyni zamanda, "Azəri-Çıraq-Günəşli" (AÇQ) və "Şahdəniz"də (müvafiq olaraq 11,6461 faiz və 10 faiz) neft hasilatı və kəşfiyyatı üzrə iri beynəlxalq layihələrdə minoritar səhmdar və dövlətin təmsilçisidir.

"Standard & Poor's" şirkətin kredit qabiliyəti xararteristikalarını "bb" səviyyəsində, biznes-risk isiqamətini məqbul, maliyyə riski istiqamətini isə mühüm qiymətləndirir.

"Standard & Poor's"in qiyməti layihələrin təsdiqi zamanı ölkədə neft hasilatının həcminin artırılmasına yönəlmiş və ya şirkətin digər aktivləri əldə edərkən potensial iri kapital qoyuluşlarını əks etdirir.

ARDNŞ aktivlərin əldə edilməsi hazırlığını nümayiş etdirir. Türkiyənin neft-kimya müəssisəsi "Petkim"in nəzarət paketinin 2 milyard dollara alınması buna sübutdur. Bundan başqa, hökumət ölkənin bütün neft emalı və neft-kimya sahəsinin yenidən qurulması və modernləşdirilməsi məsələsini nəzərdən keçirir.

ARDNŞ-nin hökumətdən mühüm cari dəstək alması müsbət amildir. Onun düzəldilmiş borcu isə kifayət qədər nəzarət edilən səviyyədədir. Bu isə kredit qabiliyyətinin yaxşı göstəricilərinə səbəb olur.

ARDNŞ-nin "müsbət" reytinqi üzrə proqnoz müstəqil reytinqlər üzrə mübət proqnozları və şirkətin kredit qabiliyyətinin yaxşılaşması xarakteristikasını əks etdirir.

Sərbəst reytinqin yüksəlməsi təqdirində "Standard & Poor's"in dövlətlə əlaqəli olan şirkətlərə reytinq verilməsi metodologiyasına uyğun olaraq ARDNŞ-nin reytinqi artacaq. Sərbəst reytinqlə proqnoz "sabit" olarsa, proqnoz "sabit" şəklində nəzərdən keçirilə bilər.

Reytinqin yüksəldilməsi üçün əlavə imkan ARDNŞ-nin kredit qabiliyyətinin yaxşılaşması xarakteristikası ilə əsaslana bilər. Məsələn, dövlət dəstəyi hesabına iri kapital qoyuluşların maliyyələşdirilməsi zamanı. Bu, şirkətin uzunmüddətli borc iltizamlarının çıxarılması hesabına mümkün deyil.

"Standard & Poor's"in qənaətincə, reytinqin aşağı salınması ehtimalı azdır və bu, dövlətlə əlaqələrin zəifləməsi vaxtı baş verə bilər.

Xəbər lenti

Xəbər lenti