...

Azərbaycanda istehlak inflyasiyası 0,5 faiz olub

Ekspert Şurası Materials 12 Yanvar 2015 18:28 (UTC +04:00)
2014-cü ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Azərbaycanda istehlak inflyasiyası 0,5 faiz olub

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2014-cü ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb.

Ay ərzində çovdar və qarışıq undan çörəyin, mal və qoyun ətinin, günəbaxan yağının, müxtəlif içli şokoladlı konfetlərin, bananın, limonun, naringinin, portağalın, göyərtinin və kələmin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, kərə və zeytun yağının, süfrə duzunun, şəkərin, südün, yumurtanın, almanın, armudun, narın, şabalıdın, kartofun, soğanın, sarımsağın və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində respublikadan kənara dəmir yolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti