...

İran cəmiyyəti 2 il ərzində Prezidentə 9 milyona yaxın məktub yazıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İran cəmiyyəti 2 il ərzində Prezidentə 9 milyona yaxın məktub yazıb. İranda "Baztab" saytının cümə axşamı verdiyi məlumata əsasən, bu məktubların 95%-i ümumi problemlərlə bağlıdır.

Mahmud Əhmədinejadın prezidentliyi dövründə İran cəmiyyəti prezidentin ünvanına 8 935 000-dən çox məktub göndərib. "Baztab" Prezident kommunakasiya məsullarının verdiyi statistikalara istinadən bildirir ki, məktubların 40%-i yardım, 15%-i ev, 15%-i iş, 15%-i kredit, 5%-i dərman və səhiyyə üçün yardım tələbi, qalan 5% isə, prezidentə şəxsi duyğular mövzularıilə bağlı göndərilib. "Baztab" xəbər saytının verdiyi məlumata əsasən, hazırda 30 000-dən artıq şəxs məktubları araşdırımaqla məşğuldur.

"Baztab" saytı "Məsləhət Nizam" hakimiyyət orqanının baş katibi Möhsün Rzayınındır.

Xəbər lenti

Xəbər lenti