...

Gürcüstan prezidentinin administrasiyası Mixail Saakaşvilinin telemüraciətinə hazırlıqların görülməsinə dair məlumatları təsdiqləməyib

Dünya xəbərləri Materials 4 Noyabr 2007 20:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan prezidentinin administrasiyası prezident Mixail Saakaşvilinin telemüraciətinə hazırlıq işlərinin görüldüyünə dair məlumatları təsdiqləməyib. Administrasiyadan bildiriblər ki, hələlik oxşar bir şey planlaşdırılmır.

Müxalifət liderləri bəyan ediblər ki, prezident Mixail Saakaşvili ən qısa müddətdə televiziya ilə müraciətlə çıxış etmək niyyətindədir.

Mitinqdə çıxış edən müxalifətçi deputat Giorqi Tortladze bəyan edib ki, müxalifət liderlərinin bir qismi artıq parlamentdədir və orada prezidentin çıxışını gözləyir. "Düşünmürəm ki, o nəsə ağıllı bir şey desin, lakin bununla belə biz onu dinləyəcəyik"- deyə o vurğulayıb.

Bu arada isə artıq aksiya iştirakçıları üçün konsertə hazırlıqlar başlayıb. Hazırda parlament qarşısında 12 min nəfər yığışıb.

Xəbər lenti

Xəbər lenti