...

Parlamentin iki fraksiyası müxalifətin parlament qarşısında toplaşan aksiya iştirakçılarına qoşulub

Dünya xəbərləri Materials 7 Noyabr 2007 14:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxaliya/ Parlamentin "Bizim Gürcüstan" və "Yeni sağlar" fraksiyaları tam heyəti ilə Gürcüstan parlamenti qarşısında toplaşan müxalifət mitinqçilərinə qoşulublar.

"Yeni sağlar"ın lideri David Qamkrelidzenin bildirdiyinə görə, polis aksiya iştirakçılarının Konstitusiya hüquqlarını pozub və partiyaların bu halda aksiyaya qoşulmaqdan başqa çıxış yolu yoxdur. Hazırda parlament qarşısında mitinq edənlərin sayı artır.

Hakimiyyət müxalifətçiləri dağıtmaq üçün artıq xüsusi təyinatlı dəstələri əraziyə çağırıb.

Xəbər lenti

Xəbər lenti