...

Mixail Saakaşvili yürüşlərin dağıdılmasında öz səhvlərini etiraf etdi

Dünya xəbərləri Materials 11 Noyabr 2007 01:52 (UTC +04:00)

Yürüşlərin dağıdılmasında etdiyi səhvlərə baxmayaraq Gürgüstan höküməti müvəffəqiyətlə dövlətçilik imtahanından çıxdı. Bu barədə Gürgüstanın prezidenti Mixail Saakaşvili "Tiflis Merriot" mehmanxanasında iş adamları ili görüşündə deyib.

"Bu gün bizim, müqaisə etsək, daha çox dəstəyimiz var. Mən Tiflisin müxtəlif obyektlərində oldum, və iki dəfə xalqın içinə çıxmağımla, bir daha onun şahidi oldum ki, xalqın əkssəriyyəti höküməti dəstəkləyir və ölkədə sabitliyi istəyirlər", - qeyd etdi o.

Sabitliyi güclə yaratmaq xoşagəlimli hadisə deyil. Mən televizorda çox şey gördüm, ona baxmayaraq ki, polislərə əminliklə və laiqincə hərəkət etmələri barədə tapşırıq vermişdim, səhvlərə yol verildi.

Lakin onuda nəzərə almaq lazımdır ki, polislərdən də xəsarət alan olmuşdur.

O, onuda etiraf etdt ki, bəzi insanların döyülməsi xoşagələn deyil. Biz elə dövlət yaratmışıq ki, gücü tətbiq etmək yalnız dövlətin səlahiyətindədir və heç kəsin polisi döyməyə, şüşələri sındırmağa ixtiyarı yoxdur.

Saakaşvili onuda qeyd etdi ki, ən təhlükəli odur ki, qanun-qaydanın bərqarar olunmasında dövlətin öz zəruri gücündən istifadə etməməsidir. Bu gün səmimi etiraf etməyin vaxtı çatıb, qoy hər kəs durub nə istəyini desin.

Gürgüstanın prezidenti dedi ki, iş adamlarının yanına, ondan ötrü gəlmişəm ki, onu deyim ki bəzi insanlar bütün yollara əl atırdılar ki, əhalidə pessimizmin yayılmasına nail olsunlar. Bunu Gürgüstanı ucuz alanlar etmək istəyirdilər. "O insan (yəqinki o Badri Patarakaçışvilini nəzərdə tuturdu) bütün Russiyanı qaçıp dolaşaraq oranın iş adamlarından xahiş edirdiki Gürgüstana sərmayyə qoymasınlar və bununla o ölkəni müflüzləşdirmək istəyirdi", qeyd etdi o. Həmin şəxsin adını çəkməsə də, onu hamının tanıdığını dedi.

Xəbər lenti

Xəbər lenti