...

Okruaşvili tərəfdarları Tbilisidə Almaniya səfirli qarşısında aksiya keçirəcək və keçmiş nazirin Gürcüstana mümkün ekstradisiyasına etiraz edəcəklər

Dünya xəbərləri Materials 5 Dekabr 2007 11:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxalia/ Bu gün saat 15.00-da "Vahid Gürcüstan naminə" siyasi hərəkatı Almaniya səfirliyi qarşısında keçmiş müdafiə naziri İrakli Okruaşvilinin Gürcüstana ekstradisiya olunmaması tələbi ilə aksiya keçirəcək.

Okuraşvili İnterpolun tələbi ilə noyabrın 27 Almaniya polisi tərəfindən saxlanılıb. Onun Gürcüstana ekstradisiyası gözlənilir. Belə ki, dünən Berlin məhkəməsinin nümayəndəsi bunun üçün heç bir maneənin olmadığını bildirib.

Bu gün Okuraşvili partiyasının liderlərindən biri olan deputat Koka Quntsadze bildirib ki, ekstradisiyanın əleyhinə imza toplanmağa başlanacaq. "Hazırkı hakimiyyətdən Okuraşvilinin təhlükəsizliyi üçün zəmanət almaq mümkün deyil. Buna görə də onu Gürcüstana vermək lazım deyil" - deyə o bildirib..

Xəbər lenti

Xəbər lenti