...

İranın Ali Dini Rəhbəri dünya müsəlmanlarını birliyə çağırıb

Dünya xəbərləri Materials 27 Dekabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ İranın Ali Dini Rəhbəri Əli Xamenei dünya müsəlmanlarını birliyə çağırıb. Həcc mərasimini başa çatması münasibəti ilə bəyanatda, Xamenei bidlirib ki, bütün dünya müsəlmanları İslam ölkələrinə qarşı duran təcavüzkar düşmənə qarşı möhkəm və sarsılmaz dayamnağa salışmalıdır "İslam ümməti xarici düşmənlərərə qarşı bir qardaş kimi birləşməlidir.

İranın Azərbaycandaki səfirliyinin dekabrın 27-də yaydıgı bəyanatda, İranın dini rəhbəri bu ili İslam birliyi ili adlandırıb və bununla belə, müsəlman ölkələr arasında ixtilaf toxumu səpmək məqsədilə düşmənlərin şiddətlənmiş təxribatlarını aradan qaldırmağa xüsusi tapşırıq verib.

Xameneinin dediklərinə əsasən., bu təxribatlar Fələstin, Livan, Pakistan və Əfqanstanda təsirsiz ötüşməyib və müsəlman ölkənin xalqının bir hissəsi digər hissəyə qarşı müharibə və düşmənsiliyə başlayaraq, biri-birinin qanını tökür. "Bütün bu acınacaqlı və müsibətli olaylarda təxribat nişanələri asıq-aşkar görünür"-deyə, İranın dini rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti