...

AŞPA həmməruzəçisi Gürcüstan müxalifətini öz siyasi proqramlarında cəmləşdirmə aparmağa çağırıb

Dünya xəbərləri Materials 9 Yanvar 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir K.Ramazanova / Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel Gürcüstan müxalifətini siyasi proqram üzərində işə başlamağa çağıırıb.

"Artıq siyasətdə küçə nümayişlərinin vaxtı deyil" - deyə Herkel çərşənbə günü Hindistandan telefonla Trend ə bildirib.

Yanvarın beşində Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirilib. Mixail Saakaşvili MSK-nın 3 512 məntəqədən 3 484-də apardığı seçici səslərinin hesablamalarından sonra, növbədənkənar prezident seçkilərində inamlı liderliyini davam etdirir. Birləşmiş müxalifətdən olan və 25,26 faiz seçici səsi toplayan namizəd Levan Qaçeçiladze Gürcüstan KİV-ə seçkilərin nəticələrinin Mərkəzi Seçki Komisiyası (MSK) tərəfindən saxtalaşdırıldığını və etiraz aksiyası keçirmək niyyətndə olduğunu bəyan edib.

Herkelin sözlərinə görə, Gürcüstandakı prezident seçkiləri düzgün və şəffaf keçirilib. Onun fikrincə, "beynəlxalq müşahidəçilərin verdiyi qiyməti adekvat hesab etmək olar".

Saakaşvili növbədənkənar prezident seçkilərini 2008-ci il 5 yanvar tarixinə təyin etmək məcburiyyətində qalıb. Bu, noyabrın əvvəlində müxalifətin çoxgünlük mitinqlər keçirməsi və hakimiyyətə qarşı etiraz aksiyaları hazırlamaq və ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra baş verib.

Gürcüstan MSK-nın ilkin məlumatına görə, seçkilərdə 1 912 943 nəfər və ya seçicilərin ümumi sayının 56,17 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti