...

Türkiyədə hicab problemini islamçılar yaradır – Süleyman Dəmirəl

Dünya xəbərləri Materials 10 Mart 2008 14:07 (UTC +04:00)

Türkiyə, Ankara, 10 mart/ Trend , müxbir A.Ələsgərov/ Türkiyədə hicab problemini islamçılar yaradır. Bu barədə Türkiyənin eks-prezidenti, nüfuzlu siyasi xadim Süleyman Dəmirəl Eko Enerji jurnalına müsahibəsində bildirib. O, islamçıların qadın baş örtüyü - hicab problemindən özlərinin irəliləyən məqsədlərinin reallaşdırılması üçün istifadə etdyini qeyd edib.

Dəmirəl, bu problemi demokratik prizmadan nəzərdən keçirməyin düzgün olmadığını vurğulayıb. Belə ki, problem ilk baxışda göründüyü kimi, zərərsiz deyil. "Bu, islamçı dairələrin dini prinsiplərə əsaslanan dövlətin yaradılması üzrə planlarının reallaşdırılması üçün istifadə etdikləri vasitələrdən biridir", - Dəmirəl bildirib.

Ölkənin eks-prezidentinin rəyinə görə, hətta Türkiyə Konstitusiyasının müfaviq maddəsinin dəyişdirilməsindən sonra da qadın baş örtüyü - hicabla bağlı mübahisələr davam edəcək. Bununla əlaqədar, o, bu problemin Türkiyə əhalisinin qarşı-qarşıya dayanan iki düşərgəyə bölünməsinə gətirib çıxarmamasını arzulayıb.

Xəbər lenti

Xəbər lenti