...

Gürcüstan müxalifəti aclıq aksiyasını hakimiyyətin onun bir tələbini yerinə yetirməsindən sonra dayandıracaq – Koba Davitaşvili

Dünya xəbərləri Materials 21 Mart 2008 09:27 (UTC +04:00)
Gürcüstan müxalifəti aclıq aksiyasını hakimiyyətin onun bir tələbini yerinə yetirməsindən sonra dayandıracaq – Koba Davitaşvili

Gürcüstan, Tbilisi, 20 mart / Trend müxbir N.Kirtsxaliya / Birləşmiş müxalifət və "Yeni sağlar" aclıq aksiyasını, hakimiyyətin onların bir tələbini yerinə yetirməsindən sonra dayandıracaq. "Biz bütün hakimiyyətə olan iddiaları dayandırırıq və yalnız bir şeyi təbə edirik, Konstitusiyaya dəişiklik edilmədən mojaritarlar üçün nəzərdə tutulmuş 75 mandat regional-proporsional sistemi əsasında bölüşdürülsün", deyə Gürcüstanın Katalikos-Patriarxı İlya İkinci ilə görüşündən sonra parlament qarşısında 12 günlük aclıq aksiyası keçirənlərdən biri Koba Davitaşvili bildirib.

O, həmçinin onuda qeyd etdi ki, Gürcüstan parlamentində mütləq təmsil olunan mojaritarlara Abxaziyadan və Cənubi Osetiyadan olan deputatlar da daxil olmalıdırlar.

"Əgər Gürcüstan parlamentinin sədri Nino Burdjaneadze bu saziş altında qolunu çəksə, biz dərhal çadır şəhərciyini ləğv edəcəyik və danışıqlarıy davam etdirilməsi üçün masa arxasına əyləşəcəyik", deyə o bildirib.

Daitaşvili bildirib ki, onların yanında Patriarx parlamentin sədri ilə əlaqə saxladı və hakimiyyətə müxalifətin tələblərini yerinə yetirmək vzckzoznbyb verdi.

Xəbər lenti

Xəbər lenti