...

Ukryana XİN-də Mironovun Sevastopola dair bəyanatını öyrənirlər

Dünya xəbərləri Materials 26 May 2008 19:00 (UTC +04:00)

Ukrayna, Kiyev, 26 may/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Xarici İşlər Nazirliyində Rusiya Federasiya Şurasının Sədri Sergey Mironovun Sevastopola dair bəyanatını öyrənirlər. Bu barədə bazar ertəsi Ukrayna XİN mətbuat xidmətindən Trend -a məlumat veriblər.

Federasiya Şurasının Sergey Mironov Rusiyanın Sevastopolun qaytarılmasına dair məsələ qaldıracağını istisna etmir. Bu barədə bu gün RBK-a məlumat verib. Ukrayna prezidenti Viktor Yuşşenkonun 2017-ci ilə RF Qara Dəniz donanmasının Sevastopolu tərk etməli olduğuna dair bəyanatını şərh edən Mironov jurnalistlərə bildirib ki, bu gün Federasiya Şurasının profilli komitələrinə "RF Qara Dəniz donanması üzrə qanun layihəsinin hazırlanmasının məqsədəuyğunluğu haqqında düşünməyi" tapşıracağını bildirib. Mironovun sözlərinə görə, hələ ki, Sevastopolun statusu haqqında söhbət getməyəcək.

Ukraynanın xarici siyasət idarəsindən bildiriblər ki, Mironovun bəyanatına rəsmi reaksiya, çox ehtimal ki, çərşənbə axşamı bildiriləcək. "Sabaha Ukrayna XİN mətbuat xidmətinin rəhbəri Vasili Kirilliçin press-brifinqi planlaşdırılıb. Bu press-brifinqdə bu məsələ üzrə mövqeyin açıqlanacağı mümkündür", - XİN-in mətbuat xidmətində bildiriblər.

Ötən həftə Ukrayna prezidenti Yuşşenko hökumətə 2017-ci ildən etibarən Rusiya Federasiyası Qara Dəniz donanmasının Ukrayna ərazisində müvəqqəti olmasına dair beynəlxalq sazişlərin təsirinin dayandırılması haqqında qanun layihəsi hazırlamağı tapşırıb.

Apreldə, Buxarest Sammitində ilkin müzakirələrdən sonra, dekabrda NATO Alyansa üzvlük üzrə Ukraynaya Fəaliyyət Planının verilməsi məsələsini yenidən müzakirə etmək niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti