...

Gürcüstan Aİ ilə Avropa polisinin Abxaziyaya daxil olması məsələsini müzakirə edir

Dünya xəbərləri Materials 28 May 2008 11:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / , müxbir N. Kirtsxalia/ Gürcüstan tərəfi Avropa İttifaqı (Aİ) ilə Abxaziyadakı Rusiya sülhməramlılarının Avropa polisi ilə əvəz edilməsinə dair konkret müzakirələr aparır. Bu barədə çərşənbə günü Tbilisi aeroportunda Avropadan səfərdən qayıdan Gürcüstanın avrointeqrasiya məsələləri üzrə dövlət naziri Giorgi Baramidze bildirib.

"Münaqişə zonasında həqiqi sülhməramlı proses başlanmalıdır", - deyə o bildirib.

"Biz həmçinin Avropa polisinin mühafizəsi altında qaçqınların Abxaziyaya qayıtmasına dair konkret məsələ qaldıracağıq. Belə ki, hazırda Abxaziyda olan Rusiya sülhməramlıları hətta öz cavabdeh olduğu zonada belə elementar insan haqlarını təmin etmək iqtidarında deyillər", - deyə dövlət naziri bildirib.

Baramidze qeyd edib ki, BMT-nin Rusiya təyyarəsinin Gürcüstanın pilotsuz uçan aparatına hücumunu təsdiq edən qərarı, Rusiya qoşunlarının Abxaziyaya daxil olması, Moskva ilə separatçılar arasında xüsusi münasibətlərin qurulması Gürcüstanın münaqişə zonasında Rusiyanın neytral olmadığına və vəsitəçi ola bilməyəcəyinə sübutdur. "Bunu Avropada daha yaxşı başa düşürlər və biz ümid edirik ki, bizim təkliflərimiz eşidiləcək", - deyə dövlət naziri bildirib.

Xəbər lenti

Xəbər lenti