...

Fransanın Pakistandakı konsulunu hədələyibər

Dünya xəbərləri Materials 3 İyul 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir T.Cəfərov/ Fransanın Pakistandakı konsulluq və səfirliyinə daxil olan təhdidedici anonim telefon zəngləri ilə əlaqədar Pakistan polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

Pakistanın "Nəvaye vəqt" qəzetinə istinadən yayılan məlumatda bildirilir ki, anonim zənglər Fransanın Kəraçidəki konsulu Piri Silona və konsulluğun digər əməkdaşlarına edilib. Bundan sonra konsulluq hadisə barədə Pakistan dövlətinə xəbər verib.

Pakistan dövləti təhlükəsizlik tədbirləri görmək üçün güc strukturlarına müvafiq tapşırıqlar verib.

Dünən BMT-nin Pakistandakı ofisinə telefon vasitəsi ilə edilən təhdidlərlə əlaqədar diplomatik ofis fəaliyyətini müvəqqəti dayandırıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti